161 nömrəli avtobus “BakıKart”la işləyəcək

Bakıda marşrut sistemlərində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir.
 161 nömrəli avtobus “BakıKart”la işləyəcək
03 Avqust-16:43

Sabahdan etibarən, 161 nömrəli marşrut xətti (Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

"Margin.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Hövsan qəsəbəsi üzrə İbiş Məmmədov 2A (Hövsan qəsəbəsi), Hövsan şosesi (Hövsan qəsəbəsi), Elman Qasımov 113 (Hövsan qəsəbəsi), Oqtay Şabanov küç. (Hövsan qəsəbəsi), İlqar Əhlimanov küç. (Hövsan qəsəbəsi), Elçin Məmmədov 4 (Hövsan qəsəbəsi), Dədə Qorqud qəsəbəsi,İlham Şükürov küç. (Suraxanı rayonu), Balandin küç. (Suraxanı rayonu), A.Rzayev küç.keçid 1849 (Suraxanı rayonu) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək