“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb
“Margin.az” xəbər verir ki, Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindən ümumilikdə 287 startap Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün innovativ layihələrini təqdim ediblər.
Məlumata görə, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 28 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin qeydiyyat prosesi yekunlaşıb.
Əlavə edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.