“3+3” platformasında işsizlik səviyyəsi- Azərbaycanın mövqeyi

“3+3” platformasında işsizlik səviyyəsi- Azərbaycanın mövqeyi
13 Oktyabr-20:00

COVID-19 pandemiyası səbəbilə ötən il qlobal işsizlik səviyyəsi kəskin artıb. Lakin bu il məhdudiyyətlərin yumuşadılması ilə işsizlərin sayında azalma müşahidə olunub.

"Margin.az" xəbər verir ki, bu barədə fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışında qeyd olunub.

Beynəlxalq Valyuta Fondunun (BVF) bu il Azərbaycanda işsizlik səviyyəsinin 6,4%, gələn il isə 6,3% olacağını proqnozlaşdırır.

Hesabata görə, "3+3 " platformasında ən aşağı işsizlik səviyyəsi Rusiyadadır. Belə ki, ölkədə bu il işsizlik səviyyəsinin 4.9%, gələn il isə 4.6% təşkil edəcəyi gözlənilir.

Türkiyədə bu il işsizlik səviyyəsinin 12.2%, 2022-ci ildə isə azalaraq 11% olacağı proqnozlaşdırılır. Məlumata görə, bu il İranda işsizlik səviyyəsinin 10%, gələn il isə 10.5% olacağı gözlənilir.

BVF-in açıqlamasına əsasən, bu il Ermənistanda işsizlik səviyyəsi 18.5%, gələn il isə 18.3% təşkil edəcək ki, bu da platformada ən yüksək işsizlik göstəricisidir.