342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb.
342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
03 Avqust-13:24

“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 341-ə, təqdim edilən vakansiyaların sayı 1484-ə çatıb

"Margin.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin vakansiyalar üzrə artıq 342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Onlardan 155-i dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 210-u xidmət, 98-i emal, 19-u kənd təsərrüfatı, 14-ü tikinti sahəsinə aiddir.

Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1484-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 342 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 259 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.