İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək.
"Margin.az" quruma istinadən xəbər verir ki, bu hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq.
Məlumata görə, onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.
Əlavə edək ki, hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür: https://clck.ru/33TqtH