Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 650 min barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnozla eynidir.
"Margin.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.
-
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib
Məlumata görə, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 650 min barel olacaq. Bu da öncəki proqnozdan 10 min barel azdır.
Hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.