ABŞ-da bu həftə neft qazma qurğularının sayı 8 ədəd artıb.
"Margin.az" xəbər verir ki, bu barədə neft-mədən xidmətləri şirkəti "Baker Hughes" məlumat açıqlayıb.
Bununla da ölkədə neft qazma qurğularının sayı 8 ədəd artaraq 610-a çatıb.
Əlavə edək ki, ABŞ-da neft qazma qurğularının sayı son 1 ildə 165 ədəd artıb.