ABŞ dollarının valyuta bazarlarında hegemonluğu güclənir

ABŞ dollarının valyuta bazarlarında hegemonluğu güclənir
02 May-18:00

ABŞ dollarının hegemonluğu valyuta bazarlarında güclənir. Çünki qlobal iqtisadiyyat koronavirus pandemiyasının maliyyə nəticələrinə qarşı mübarizə məqsədi daşıyan yüksək likvidliyin sonuna yaxınlaşır.

"Margin.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ dolları indeksinə tələb qlobal miqyasda artıb və bu, bir sıra digər valyutaların ucuzlaşmasına səbəb olub.

Mərkəzi Banklar, xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra artan inflyasiya təzyiqləri fonunda monetar sərtləşdirməyə üz tutublar. Bu, dünyada ABŞ dollarına tələbin artmasına səbəb olub.

Dollar indeksi 2020-ci kritik səviyyəyə ensə də, tədarük zəncirindəki məhdudiyyətlər səbəbilə ötən ilin ikinci yarısından etibarən bahalaşmağa başlayıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüksək inflyasiya təzyiqləri səbəbilə Mərkəzi Banklar pul siyasətlərini normallaşdırmağa başlayıblar. Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini artıracağı ilə bağlı açıqlamasından sonra dollar indeksi ötən ay 103.90 bəndə yüksəlib. Bu da son 20 ilin ən yüksək səviyyəsi hesab olunur.