ABŞ-ın iqtisadi tənəzzülü 2 ay davam edib

ABŞ-ın  iqtisadi tənəzzülü 2 ay davam edib
20 İyul-12:50

ABŞ-ın pandemiya dövründəki iqtisadi tənəzzülü cəmi 2 ay davam edib.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosu məlumat yayıb.

Büronun məlumatına görə, ötən ilin mart-aprel aylarında iqtisadiyyati zəifləmə qeydə alınıb ki, bu da ölkə tarixindəki ən qısa tənəzzül olub. Bildirilib ki, xüsusilə, aprel ayında ümumi göstəricilər çox aşağı olub.