ABŞ-ın enerji sektoru 10% işçi qüvvəsini itirib

ABŞ-ın enerji sektoru 10% işçi qüvvəsini itirib
20 İyul-10:01

ABŞ-ın enerji sektoru ötən il işçi qüvvəsinin 10% -ni itirib.

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ hökuməti “enerji məşğulluğu haqqında”  hesabatında qeyd edib.

Hesabata əsasən, buna səbəb pandemiyanın təsiridir. Bildirilib ki, ən çox işçi ixtisarı neft və qaz sektorunda müşahidə olunub. Belə ki, epidemiyanın geniş yayılması səbəbilə, 186 min insan işsiz qalıb ki, bu da da ümumi işçi qüvvəsinin 21%-ni təşkil edir.