ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 12,5 milyon barel azalaraq 455,2 milyon barelə enib.
"Margin.az" xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.
Məlumata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1,6 milyon barel azalaraq 358 milyon barel səviyyəsinə enib.
Əlavə edək ki, eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 2,1 milyon barel azalaraq 216,3 milyon barelə enib.