ABŞ-da neft qazma qurğularının sayı bu həftə 10 ədəd artıb.
"Margin.az" xəbər verir ki, bu barədə neft-mədən xidmətləri şirkəti "Baker Hughes" məlumat açıqlayıb.
Məlumata görə, bu həftə ölkədəki neft buruqlarının sayı ötən həftə ilə müqayisədə 10 ədəd artaraq 594-ə yüksəlib. Son 1 ildə isə ABŞ-da neft qazma qurğularının sayı 222 ədəd artıb.