ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ-ın xam neft ehtiyatları artıb
22 Sentyabr-15:17

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 1 milyon 100 min barel artaraq 430 milyon 800 min barelə çatıb.

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.

Məlumata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 6.9 milyon barel azalaraq 427.2 milyon barelə enib.

Əlavə edək ki, eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 1.6 milyon barel artaraq 214 milyon 600 min barel olub.