ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları azalıb
21 İyul-14:29

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə 400 min barel azalaraq 426 milyon 600 min barel olub. 

"Margin.az" xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb.

Məlumata görə, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 5 milyon barel azalaraq 480,1 milyon barelə enib.

Əlavə edək ki, eyni dövrdə ABŞ-ın benzin ehtiyatları 3,5 milyon barel artaraq 228 milyon 400 min barel olub.