ABŞ tarixində iflas edən ən böyük banklar -SİYAHI

ABŞ tarixində iflas edən ən böyük banklar -SİYAHI
22 Mart-09:55

ABŞ-da başlayan və Avropaya yayılan bank böhranından sonra tarixdə iflas edən ən böyük bankların siyahısı tərtib edilib.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ banklarının siyahısına "Washington Mutual" bankı başçılıq edir.

Bank 2008-ci ildə iflas edib və bankın aktivləri 434 milyard dollar dəyərində olub:

2. "Silicon Valley Bank" (2023): 209 milyard dollar  

3. "Signature Bank" (2023): 110 milyard dollar  

4. "Continental Illinois National Bank and Trust" (1984): 107 milyard dollar  

5. "First Republic Bank Corporation" (1988): 84 milyard dollar

6. "American Savings and Loan" (1988): 78 milyard dollar

7. "Bank of New England" (1991): 48 milyard dollar  

8. "MCorp" (1989): 46 milyard dollar  

9. "IndyMac" (2008): 45 milyard dollar  

10. "Colonial Bank" (2009): 35 milyard dollar