"Aİ-92" markalı benzinin maksimum qiyməti yenilənib

21 İyul-15:39

"Aİ-92"  və "Aİ-95" markalı benzinin qiymətləri maksimum göstəriciyə çatıb.

“Margin.az” "TASS"a  istinadən xəbər verir ki, "Aİ-95" markalı benzinin qiyməti gün ərzində 0.6% artaraq, 59.5 min rubldan 59.85 min rubla yüksəlib. Bununla da, o, ötən ilin iyulunda qeydə alınan maksimum qiymətini  yeniləyib (59.78rubl).

Eyni zamanda, "Aİ-92" markalı benzinin qiyməti  də 0.6% artaraq, 56.75 min rubldan 57.06 min rubla yüksəlib.

Bununla da, iyul ayı ərzində  "Aİ-95" markalı benzinin qiymətində 3.6%, "Aİ-92"nin qiymətində isə 4.4% artım qeydə alınıb.