Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 15 mlrd. dollarından çox olub

Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 15 mlrd. dollarından çox olub
17 May-11:43

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət əlaqələri koronavirus (COVID-19) pandemiyasından əvvəlki səviyyəyə qayıdıb.

"Margin.az" xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda Aİ-nın yerli nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

"Ötən il Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard ABŞ dollarından çox olub, Azərbaycanın xarici ticarət dövriyyəsinin 44 faizi Aİ ölkələrinin payına düşüb. Hazırda yüzlərlə Avropa şirkət Azərbaycanla iş görür. Hazırda biz ikitərəfli saziş üzərində işləyirik. Bu sənəd əməkdaşlığımızı daha da irəli aparacaq", - deyə o, qeyd edib.

Bundan başqa, səfir vurğulayıb ki, Aİ Cənubi Qafqazda sülh və əmin-amanlığa töhfə verməyə, minalardan təmizləmə prosesinə, yenidənqurmaya və münaqişədən əziyyət çəkənlərə dəstək göstərməyə hazırır: "Bu işlərə Aİ şirkətləri də maraq göstərir".