“Amazon” 125 min işçi götürəcək

“Amazon” 125 min işçi götürəcək
14 Sentyabr-16:34

Dünyanın ən böyük onlayn pərakəndə şirkəti "Amazon" ABŞ-dakı anbarları üçün 125 min yeni işçi götürməyi planlaşdırır.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, şirkət saatlıq minimum əmək haqqının 17 dollardan 18 dollara yüksəldir. "Amazon" bu ilin əvvəlində ABŞ-da açılan 250-dən çox obyektə 125 min yeni işçi götürəcək.