"Amazon" "Üzüklərin Hökmdarı" romanı əsasında çəkilən serialın çəkilişlərini başa çatdırıb

465 milyon dollara başa gələn serial dünyanın ən bahalı televiziya şousu olub.
03 Avqust-18:31

"Amazon Studios"  Yeni Zelandiyada "Üzüklərin Hökmdarı" romanı əsasında hazırlanan serialın ilk mövsümünün çəkilişlərini başa çatdırıb. 

"Margin.az" Ukrayna mətbuatına istinadən xəbər verirki, bu barədə "Amazon Studio"nun mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, serialın bölümləri  "Prime Video" platformasında yayımlanacaq.

Hadisələr "Hobbit" və "Üzüklərin Hökmdarı" filmlərində göstərilən hekayələrdən min illər əvvəl baş verir. Eyni zamanda, "Amazon" yeni seriyalda həm yeni, həm də tanış personajların olacağını bildirib.

Çəkilişləri Yeni Zelandiyada aparılan serialın premyerası sentyabr 2-si 2022 -ci ildə baş tutacaq.