“Anadolu” restoranı cərimələnib

Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirləri çərçivəsində 6 müəssisəni cərimələyib.
“Anadolu” restoranı cərimələnib
03 Avqust-16:03

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

"Margin.az" Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində avqustun 2-də ölkə üzrə 424 ictimai iaşə obyektində 720 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Puşkin 5 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fikrət Rza oğluna məxsus “Anadolu” restoranı;

2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 67 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;

3. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov 1 ünvanında yerləşən, fiziki şəxs İsmiyev Sərxan Musənnif oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu‎, Sultanov küçəsində yerləşən, hüquqi şəxs "Reges Restaurants" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Reges Restaurants” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus kafe;

6. İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs İslamov Elburus Məzahir oğluna məxsus kafe.