“Anglo-Asian Mining” şirkəti Azərbaycanda mis hasilatını azaldıb

“Anglo-Asian Mining” şirkəti Azərbaycanda mis hasilatını azaldıb
14 İyul-13:48

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti bu ilin birinci yarısında 1,283 ton mis hasil edib.

"Margin.az" şirkətə istinadən xəbər verir ki, "Anglo-Asian Mining" bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azdır.

Əlavə edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.