"Anglo-Asian Mining" şirkəti Azərbaycanda nə qədər gümüş istehsal edib?

13 Oktyabr-14:37

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti bu ilin üçüncü rübündə 45,063 unsiya gümüş istehsal edilib.

"Margin.az" şirkətə istinadən xəbər verir ki, şirkət ötən ilin eyni dövründə 36,912 unsiya gümüş istehsal edib.

Eyni zamanda bu ilin yanvar-sentyabr ayında Britaniya şirkəti 144,562 unsiya gümüş istehsal edib. Bu göstərici ötən ilin eyni dövründə 115,843 unsiya olub.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.