Antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr 173 dəfə artıb

Antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr 173 dəfə artıb
23 Noyabr-17:04

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu ilin yanvar-oktyabr aylarında antiinhisar qanunvericiliyinin pozulması üzrə 1,9 milyon manat maliyyə sanksiyası tətbiq edib.

"Margin.az" quruma istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 172,7 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə 14 iş qaldırılıb, 14 işə baxılması başa çatdırılıb.