“Apple” Hindistanda “iPhone 13” istehsal edəcək

“Apple” Hindistanda “iPhone 13” istehsal edəcək
11 Aprel-17:16

“Apple” şirkəti Hindistanda “iPhone 13”ün istehsalına başlayıb.

“Margin.az” xəbər verir ki, bu barədə şirkətin bəyənatında qeyd edilib.

Məlumata görə, “iPhone 13”ün istehsalı Hindistanın cənubundakı Çennai şəhərciyində yerləşən fabrikdə həyata keçiriləcək.  

Artıq orada “iPhone 11” və “iPhone 12” modelləri istehsal olunur.

Əlavə edək ki, “iPhone 13”ün Hindistanda istehsalı “Apple”a bu ölkədə xərclərini azaltmağa imkan verəcək.