"Apple"ın satışları son 4 ilin minimumuna endi

03 Fevral-14:39

ABŞ-ın qabaqcıl texnologiya şirkətlərindən olan "Apple"ın satışları 2019-cu ildən bəri ən aşağı səviyyəyə enib.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Texnologiya nəhənginin ötən ilin dördüncü rübündə satışları 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5% azalıb. Bu, 2019-cu ildən bəri ən aşağı səviyyədir. "Apple"ın ötən il "iPhone" satışları 8%-dən çox, "Macbook" kompüterlərinin satışları isə 29% azalıb. Hesabat dövründə şirkətin mənfəəti 13% azalıb.