Asiya İnkişaf Bankı iqlim maliyyələşməsinə dair xərcləri 100 mlrd. dollara qədər artırır

Asiya İnkişaf Bankı iqlim maliyyələşməsinə dair xərcləri 100 mlrd. dollara qədər artırır
13 Oktyabr-10:09

Asiya İnkişaf Bankı (AİB) 2019-2030-cu illərdə inkişaf etməkdə olan üzv ölkələrinə iqlim maliyyələşdirməsi ilə bağlı xərcləri 80 milyard dollardan 100 milyard dollara yüksəldəcək.

“Margin.az” xəbər verir ki, bu barədə maliyyə təşkilatının Manilada yerləşən mənzil-qərargahının bəyanatında deyilir.

"İqlim böhranı hər keçən gün daha da pisləşir və bir çoxlarını iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə tələb etməyə məcbur edir. Bu sahədəki məcmu maliyyə hədəfimizi 2030-cu ilə qədər öz mənbələrimizdən 100 milyard dollara qaldıraraq bu çağırışı yerinə yetirmək üçün tədbirlər görürük" , - bankın prezidenti Masasuqu Asakava bildirib.