Asiyanın ən varlı adamı, hindistanlı milyarder Qautam Adaninin sərvəti son 2 gündə 20%-dən çox azalaraq 93 milyard dollara enib.
Bu barədə "Margin.az" "Bloomberg"ə istinadən xəbər verir.
- Ən zəngin ukraynalıların sərvəti 20 mlrd. dollardan çox azalıb
-
Dünyanın ən zəngin insanları hansı ölkələrdədir?
Məlumata görə bu, Adani Qrupunun vəziyyətini tənqid edən investisiya tədqiqat qrupu "Hindenburg Research"in yanvarın 24-də açıqlanan hesabatdan sonra baş verib. Bu, investorların inamını sarsıdıb və nəticədə holdinqə daxil olan şirkətlərin səhmləri ucuzlaşıb.