Asiyanın iqtisadi böyüməsi 7,2% olacaq

Asiyanın iqtisadi böyüməsi  7,2% olacaq
20 İyul-14:52

Asiyanın iqtisadi böyüməsi bu il gözləntilərdən daha aşağı olacaq.

"Margin.az" "Reuters"ə  istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.

Bildirilib ki, hazırda həmin regionda koronavirusa yoluxanların sayının artması iqtisadi böyüməni 7,3%-dən 7,2%-ə qədər azaldacaq.

Proqnozlara görə, Hindistanın böyümə proqnozu bu il 10% olduğu halda, növbəti il  7,5%-ə düşəcək. Bundan əlavə,  bu göstəricinin Taylandda 3,0%-dən 2,0%-ə, Malayziyada  6,0% -dən 5,5%-ə, Vyetnamda isə  üçün 6,7%-dən 5,8%-ə qədər azalması gözlənilir.