“Ata Sığorta” şirkətinin yığımları və ödənişləri azalıb

“Ata Sığorta” şirkətinin yığımları və ödənişləri azalıb
25 İyun-18:10

Azərbaycanda bu ilin yanvar-may aylarında “Ata Sığorta”nın hesabına 1 milyon 960 min manat sığorta haqqı yığılıb.

“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 66.4% (3.8 milyon) azdır.

Hesabat dövründə şirkətin sığorta ödənişlərinin məbləği isə ötən ilin yanvar-may ayları ilə müqayisədə 11.7% (379 min) azalaraq 2 milyon 836 min manata enib.