"Atəşgah Həyat" sığorta ödənişlərini azaldıb

08 Dekabr-14:37

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında "Atəşgah Həyat" sığorta şirkətinin hesabına 40,3 milyon manat sığorta haqqı yığılıb.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 milyon manat və ya 18,1% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə ötən ilin 10 ayı ilə müqayisədə 28,7% və ya 7,5 milyon manat azalaraq 17,1 milyon manata enib.