Azərbaycanda bu ilin yanvar-may aylarında 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat sığorta haqqı toplanılıb.
“Margin.az” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə “Atəşgah Həyat” sığorta şirkətinin hesabına 21,965 milyon manat sığorta haqqı toplayıb. Şirkətin sığorta ödənişləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 742 min manat azalaraq 9 milyon 666 min manat həcmində olub.
Əlavə edək ki, ötən ilin eyni dövründə şirkətin sığorta yığımları 19 milyon 645 min, ödənişləri isə 16 milyon 408 min manat olub.