Azərbaycanda bu ilin yanvar-iyul aylarında "Atəşgah" sığorta şirkətinin hesabına 16.1 milyon manat sığorta haqqı yığılıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.2% çoxdur.
Hesabat dövründə şirkətin sığorta ödənişləri isə 7.5 milyon manat məbləğində olub.