Azərbaycanda bu ilin yanvar-avqust aylarında "Atəşgah" sığorta şirkətinin hesabına 18,9 milyon manat sığorta haqqı yığılıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çoxdur.
Hesabat dövründə şirkətin sığorta ödənişləri isə ötən ilin 8 ayı ilə müqayisədə 31,6% artaraq 9,1 milyon manata çatıb.