Avropa İttifaqı 34 milyard avrodan çox xarici ticarət kəsiri ilə üzləşib

Avropa İttifaqı 34 milyard avrodan çox xarici ticarət kəsiri ilə üzləşib
23 Mart-13:00

Avropa İttifaqının (Aİ) yanvar ayında ümumi xarici ticarət kəsiri 34,6 milyard avro təşkil edib.

"Margin.az" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat açıqlayıb.

Hesabat dövründə Aİ-nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artaraq 198,6 milyard avroya, idxalı isə 7% artaraq 233,2 milyard avroya çatıb. Avrozonada yanvar ayında ixrac 11% artaraq 222,9 milyard avroya, idxal isə 9,7% artaraq 253,5 milyard avroya çatıb. Bu dövrdə Avrozonanın ticarət kəsiri 30,6 milyard avro olub.