Avropa İttifaqının müdafiə xərcləri ilk dəfə 200 mlrd. avronu ötüb

Avropa İttifaqının müdafiə xərcləri ilk dəfə 200 mlrd. avronu ötüb
08 Dekabr-16:08

Avropa İttifaqına (Aİ) üzv ölkələr ilk dəfə olaraq ötən il müdafiəyə 200 milyard avrodan çox vəsait xərcləyib.

"Margin.az" xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi (EDA) məlumat açıqlayıb.

Məlumata görə, Danimarka istisna olmaqla 26 Aİ ölkəsinin müdafiə xərcləri ötən il ilk dəfə 214 milyard avroya çatıb. Ən böyük artım İtaliya, Finlandiya, Yunanıstan və Sloveniyada müşahidə olunub.