Avropa İttifaqının qaz ehtiyatları 11% azalıb

Avropa İttifaqının qaz ehtiyatları 11% azalıb
17 Sentyabr-18:13

Hazırda Avropa İttifaqında qaz ehtiyatları 11% azalıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Vivian Lunela bildirib.

"Hazırda Aİ ölkələrindəki strateji qaz ehtiyatları bütün qaz saxlama tutumunun 71%-ni təşkil edir. Bu göstərici, ötən il 82% olub. Hazırda qazın bahalaşmasına səbəb, COVID-19 pandemiyadan sonra iqtisadi canlanma nəticəsində qlobal qaz tələbinin kəskin artmasıdır".