Avropa Komissiyası enerji qiymətlərinin artmasını müzakirə edəcək

Avropa Komissiyası enerji qiymətlərinin artmasını müzakirə edəcək
13 Oktyabr-12:30

Avropa Komissiyası Brüsseldə keçiriləcək iclasda Avropa İttifaqı ölkələrində artan enerji qiymətlərini müzakirə edəcək.

"Margin.az" xəbər verir ki, bu barədə Avropa Şurasının nümayəndəsi Dana Spinant "Twitter" səhifəsində məlumat yayıb.

"Bu gün Avropa Komissiyasının idarə heyətinin iclasında əsas mövzu enerji qiymətlərinin artmasının qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi müzakirə ediləcək"- deyə o, bildirib.