Avropa Rusiyadan qaz asılılığını Azərbaycan ilə kompensasiya etmək istəyir

Avropa Rusiyadan qaz asılılığını Azərbaycan ilə kompensasiya etmək istəyir
28 Yanvar-18:35

Yaxın vaxtlarda Avropa İttifaqı (Aİ) Azərbaycanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinin artırılması imkanlarını müzakirə etmək üçün danışıqlar aparacaq.

"Margin.az"  "Financial Times"-a istinadən xəbər verir ki, Avropanın energetika komissarı Kadri Simson gələn həftə Bakıya səfər edəcək.

O, burada Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəməri Cənubi Qafqaz və Trans-Anadolu qaz kəmərlərini də əhatə edən inteqrasiya olunmuş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin (SGC) sonuncu seqmentidir. 878 km uzunluğunda və 4,5 milyard avro dəyərində olan TAP-ın tikintisinə 2016-cı ilin mayında başlanılıb.

Bu gün TAP -ın gücü  10 milyard kubmetrdir. 

Əlavə edək ki, Azərbaycan ötən il 5 milyard 534 milyon ABŞ dolları dəyərində qaz ixrac edib. Qazın böyük hissəsi Avropaya ixrac edilib.  Azərbaycan qazının İtaliyaya ixracı 9 milyard 243 milyon ABŞ dolları təşkil edib.