Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 dollardan aşağı enib.
"Margin.az" xəbər verir ki, bu barədə London Fond Birjasının məlumatında qeyd edilib.
Məlumata görə, bu, 2021-ci ilin iyul ayının sonundan bəri bir ilkdir.
Əlavə edək ki, Niderlandın TTF mərkəzində qazın aprel müqaviləsində 1 000 kubmetrinin qiyməti 4%-dən çox ucuzlaşıb.