Avropada təbii qazın qiyməti son iki həftədə 60% artıb.
"Margin.az" "Haber Global"a istinadən xəbər verir ki, Hollandiyanın TTF mərkəzində təbii qazın meqavat-saat üçün qiyməti 127,17 avroya çatıb.
Məlumata görə, buna səbəb Rusiyanın Avropaya nəql etdiyi qazın həcminin azalması və ABŞ-ın “Freeport” maye qaz (LNG) terminalının yanğın səbəbilə fəaliyyətinin ən azı 3 həftəlik dayandırılmasıdır.