Avropanın dondurma istehsalı azalıb

Avropa Birliyi (AB) ölkələrinin dondurma istehsalı 9%-azalıb.
Avropanın dondurma istehsalı azalıb
03 Avqust-12:12

Avropa Birliyi (AB) ölkələri ötən il 2,9 milyard litrdən çox dondurma istehsal edib ki, bu da 2019 -cu illə müqayisədə 9% azdır.

"Margin.az" "TASS"a istinadən xəbər verir ki,bu barədə "Eurostat"  məlumat yayıb.

Bundan əlavə, AB ölkələrinə 2019-cu illə müqayisədə 2020-ci ildə  dondurma ixracı 5% artıb. Eyni zamanda dondurma idxalı 4% azalaraq 182 milyon avro təşkil edib.

Bu ölkələr arasında Almaniya 642 milyon litr  dondurma istehsal edərək əsas istehsalçı ölkə olub. Fransa isə ən çox dondurma ixrac edən ölkədir.Belə ki, Fransadan 59 milyon lt məhsul ixrac edilib ki, bu da AB-nin ümumi ixracının 25% -ni təşkil edir. Digər yerləri isə müvafiq olaraq Hollandiya (38 milyon lt ), Almaniya (29 milyon lt), İtaliya (20 milyon lt) və Belçika (16 milyon lt) tutur.