Avropanın ən böyük avtomobil istehsalçısı Rusiya bazarını tərk edir

Avropanın ən böyük avtomobil istehsalçısı Rusiya bazarını tərk edir
28 İyul-13:23

Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Volkswagen Group” Rusiyadakı biznesini satmaq qərarına gəlib.

“Margin.az” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Qazaxıstanın “Asia Avto” şirkəti avtomobil istehsalçısının Rusiyadakı yeganə zavodunun potensial alıcısı kimi göstərilir.

Məlumata görə, Avropanın ən böyük avtomobil istehsalçısı Rusiyaya qarşı beynəlxalq sanksiyalar səbəbi ilə logistika zəncirlərində yaranan fasilələrə görə martın əvvəlində Kaluqada istehsalı dayandırıb. Eyni zamanda şirkət Rusiyaya avtomobil və ehtiyat hissələrinin ixracını dayandırıb.