Avrozona iqtisadiyyatı 2,2% böyüyüb

Avrozona iqtisadiyyatı 2,2% böyüyüb
07 Dekabr-18:05

Avrozona iqtisadiyyatı bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 2,2%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3,9%  artıb.

"Margin.az" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) üçüncü rüb üçün Avropa İttifaqı və Avrozonanın iqtisadi artım məlumatlarını açıqlayıb.

Məlumata görə, bu ilin üçüncü rübündə Avropa İttifaqı iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 2,1%, ötən ilin üçüncü rübü ilə müqayisədə isə 4,1% artıb. Sözügedən dövrdə əvvəlki rüblə müqayisədə Almaniya iqtisadiyyatı 1,7%, Fransa 3%, İtaliya 2,6% və İspaniya 2% artıb.