Avrozonanın bu ilin birinci rübündə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% böyüyüb. Regionun iqtisadiyyatı ötən ilin dördüncü rübü ilə müqayisədə isə 0.3% artıb.
"Margin.az" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının (Aİ) bu ilin yanvar-mart aylarında iqtisadiyyatı ötən ilin dördüncü rübü ilə müqayisədə 0,4%, ötən ilin eyni rübünə görə isə 5.2% artıb.