Avtomobil istehsalçısının gəliri 46%-dək artıb

Avtomobil istehsalçısının gəliri 46%-dək artıb
22 Mart-16:44

Çinin avtomobil istehsalçısı "Geely"nin ötən il ümumi gəliri 148 milyard yuan (21,7 milyard dollar) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 45,6% çoxdur.

"Margin.az" xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin mənfəəti isə 5,26 milyard yuana (773,5 milyon dollar) çatıb. Bu göstəricinin illik ifadədə artımı 8,5% təşkil edib.

Son bir ildə bu şirkətin avtomobillərinin ümumi satışları illik ifadədə 8% artaraq 1,43 milyon ədədi ötüb.