"Avtovaz" "Lada" avtomobillərinin satışını 1% artırıb

Şirkətin ən çox satılan modeli "Lada Granta" olub
03 Avqust-14:19

"Avtovaz" bu ilin iyul ayında Rusiya bazarında "Lada" avtomobillərinin satışını 1%  keçən ilin iyul ayı ilə müqayisədə 32.013 min ədədə qədər artırdı.

"Margin.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə avtomobil istehsalçısının açıqlamasında qeyd olunub.

Bildirilib ki, iyul ayında ən çox satılan model "Lada Granta" olub və bu modelin ümumilikdə 10.88 min ədədi satılıb. İkinci yerdə 10,2 min ədəd avtomobillə "Lada Vesta "qərarlaşıb.

Bundan əlavə, sözügedən dövrdə 4500 "Niva Legend"və "Niva Travel" avtomobilləri də satılıb.

Əlavə edək ki, 2021 -ci ilin birinci yarısında şirkət 200,2 mindən çox avtomobil satıb. "Avtovaz" iyun ayında illik satışlarını 43,1% artıraraq 40,1 min ədədə çatdırıb.