Azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq

Azad edilmiş ərazilərdə küçə və yollar yeni qaydada işıqlandırılacaq
22 İyun-16:40

Azərbaycanda küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblər müəyyən ediləcək.

"Margin.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir.