Azad olunmuş ərazilərin yenidən qurulmasına nə qədər vəsait yönəldilib?

Azad olunmuş ərazilərin yenidən qurulmasına nə qədər vəsait yönəldilib?
17 Mart-13:24

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb”.

“Margin.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

“Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır. Bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 mlrd. manat, 2022-ci ildə 4,3 mlrd.manat vəsait yönəldilib”, - nazir vurğulayıb.