AZAL İtaliyaya uçuşları bərpa edir

AZAL İtaliyaya uçuşları bərpa edir
05 Aprel-14:25

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İtaliyanın Milan şəhərinə uçuşları bərpa edir.

Bu barədə "Margin.az" AZAL-a istinadən xəbər verir.

Məlumata görə, xüsusi aviareyslər mayın 21-dən, hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Aviabiletləri azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-italy

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.