"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilun mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
"Margin.az" AZAL-a istinadən xəbər verir ki, martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.
AZAL-in aşağıbüdcəli törəməsi - "Buta Airways" isə martın 18-dən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.